Almaniya kansleri Angela Merkel Rusiya hökumətini Ukraynanın şərqində separatçıların münaqişəyə son qoymaq üçün atəşkəsə əməl etməsi üçün nüfuzundan istifadə etməyə çağırıb.
Vətəninfo.az xəbər verir ki, Merkel verdiyi açıqlamada vəziyyətin yalnız razılaşdırılmış təmas xətlərinin reallaşdırıldığı halda sabitləşə biləcəyini bildirib. Almaniya kanslerinin sözçüsünün bildirdiyinə görə, Angela Merkel Rusiya hökumətini separatçıların münaqişəyə son qoyması üçün öz nüfuzundan istifadə etməyə çağırıb.
Şənbə günü Ukrayna prezidenti Petro Poroşenko ilə telefon söhbəti zamanı Angela Merkel Rusiya, Ukrayna və ATƏT-in iştirakı ilə atəşkəsə dair planlaşdırılmış danışıqların baş tutmadığına görə təəssüf hissini ifadə edib. Keçən həftə prezident Porolenko danışıqların dekabrın 24-26 aparılacağını bildirmişdi.
Ukraynanın şərqində münaqişənin çözülməsi istiqamətində diplomatik səylərdə fəal iştirak edən Almaniya kansleri eyni zamanda, Ukrayna hökuməti və separatçılar arasında əsir mübadiləsini alqışladığını bildirib.
Kiyevin Qərb tərəfdarı hökuməti Ukraynanın şərqində münaqişədə Rusiyanı günahlandırır, Kreml münaqişənin arxasında olduğunu rədd edir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR