Avropanın enerji təchizatında Azərbaycanın rolu böyükdür
Almaniyanın kansleri Angela Merkel Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla keçirdiyi birgə mətbuat konfransında Avropanın enerji təchizatında Azərbaycanın rolundan danışıb. ANS PRRESS-in məlumatına görə, o bildirib ki, Macarıstan bir sıra digər Avropa ölkələri, o cümlədən Almaniya kimi Rusiyadan enerji məsələsində çox asılıdır. Buna görə də Avropa daxilində çoxşaxəli kəmərlər çəkilməli, enerji daşıyıcılarını əks istiqamətdə nəql etmək imkanları yaradılmalıdır.Kansler deyib: "Nabucco" iflasa uğradı, "Cənub axını" isə qeyri-müəyyəndir. Bu baxımdan Azərbaycandan çəkiləcək Trans Anadolu (TAP) qaz kəməri layihəsi reallaşarsa Macarıstan enerji mənbələrini müxtəlifləşdirəcək."Onun sözlərinə görə, Almaniya Avropa İttifaqının heç bir üzvünün enerji mənbəyindən asılı olmayacağına çalışacaq. Aİ daxilində elə şəbəkə qurulmalıdır ki, bütün üzv dövlətlərin mövcud enerji mənbələrinin hamısına çıxışı olsun. Bunun üçün sərmayə imkanları da mövcuddur.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR