Fransanın iki şəhərində məscidə silahla atəş açılıb, qumbara atılıb
Ötən gün Fransada 12 nəfərin ölümü ilə nəticələnən "Charlie Hebdo" jurnalının redaksiyasına hücumdan bir sutka keçməmiş ölkədəki məscidlər hiddətlənmiş şəxslərin hədəfinə çevrilib.
Belə ki, bu gün ölkədəki bir neçə məscidə hücum olub. Vətəninfo.az-ın "Frans Press"-sə isitnadən məlumatına görə, Le-Man şəhərində naməlum şəxslər məscidin içərisinə 3 əl qumbarası atıblar. Partlayış nəticəsində ibadət ocağının pəncərələri qırılıb. Məscidin divarında da güllə izləri aşkar edilib.
Daha bir hücum xəbəri isə Por-la-Nuvel şəhərindən gəlib. Bir nəfər şam namazından sonra tapança ilə məscidə hücum edib və bir neçə dəfə atəş açıb.
Xoşbəxtlikdən hadisələr nəticəsində insan tələfatı qeydə alınmayıb.
Xatırladaq ki, bu gün səhər saatlarında Vilfranş-syur-Son şəhərində məscidin yaxınlığında yerləşən kababçıda partlayış törədilmişdi.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR