Türkiyənin baş naziri Əhməd Davudoğlunun 2013-cü ilin sentyabr ayında nurçu camaatının ABŞ-da yaşayan lideri Fətullah Gülənlə görüşməsi barədə açıqlama verməsinə keçmiş prezident Abdullah Gül münasibət bildirib.
Vətəninfo.az Modern.az-a istinadla xəbər verir ki, Azərbaycandan ölkəsinə qayıdan Türkiyənin 11-ci prezidenti Abdullah Gül Atatürk hava limanında Davudoğlu-Gülən görüşü haqqında jurnalistlərin ona verdiyi sualı cavablandırıb.
O, “Əhməd Davudoğlu 2013-cü ildə sizin icazənizlə Fətullah Gülənlə görüşdüyünü deyib. Bununla bağlı nə deyə bilərsiniz?” sualına belə cavab verib:
“Məsələnin mənimlə bağlı hissəsində yanlışlıq var. Mən Əhməd Davudoğlunun Fətullah Gülənlə görüşünü sonradan öyrənmişdim”,-deyə Abdullah Gül bildirib.
Qeyd edək ki, Əhməd Davudoğlu hələ xarici işlər naziri olarkən o vaxtın baş naziri Rəcəb Tayyib Ərdoğanın və prezident Abdullah Gülün razılığı ilə Fətullah Gülənlə görüşdüyünü qeyd edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR