Məşhur sənətçi müflis oldu

Məşhur sənətçi müflis oldu

Amerikalı reper "50 Cent” kimi tanınan Körtis Ceyms Cekson müflis olub. 

Bu barədə The Wall Street Journal məlumat yayıb.

Reper məhkəməyə müflislik haqqında məcəlləyə əsasən kreditorlardan qorunma barədə ərizə təqdim edib. Ərizədə adı qeyd olunan vəkil məlumatı şərh etməkdən imtina edib.

Məhkəmə verilən sənədlərə əsasən, "50 Cent” aktivləri və borcları 10-50 milyon dollar arasında dəyişir.

Ötən həftə Manhetten məhkəməsi reperi şəxsi həyatına qarışmaqda ittiham edən qadına 5 milyon dollar ödəməsi barədə qərar çıxarmışdı. (oxu.az)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az