Məşhur türkiyəli futbolçu 3-cü liqa komandasına transfer oldu

Məşhur türkiyəli futbolçu 3-cü liqa komandasına transfer oldu

Bir vaxtlar Türkiyənin ən istedadlı və perspektivli futbolçularından sayılan Batuhan Karadeniz yeni komandaya transfer olub.

"Miq.Az" xəbər verir ki, "Beşiktaş”ın məktəbində yetişmiş və "Trabzonspor” da daxil olmaqla 10 komandada çıxış etmiş hücumçu Türkiyənin 3-cü liqa klublarından olan "Tuzlaspor”a keçib. Artıq tərəflə müqavilə imzalayıblar və çempionatın ikinci dövrəsində futbolçu yeni komandasının heyətində forma geyinəcək.

Qeyd edək ki, istedadlı futbolçu Türkiyə yığmasının da formasını 2 dəfə geyinib. Lakin xarakteri səbəbindən o, karyera baxımından uğurlarını davam etdirə bilməyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az