Messi haqda şok açıqlama

Messi haqda şok açıqlama
Argentina millisinin keçmiş məşqçisi Karlos Fibos komandanın lideri Lionel Messi barəsində sensasiyalı iddialar səsləndirib. 
 
Musavat.com-un məlumatına görə, ölkəsində "Radio de Red"ə müsahibə verən K.Fibos bildirib ki, Messi özünün diktator keyfiyyətləri ilə də fərqlənir: "Milliyə məşqçiləri Messi təyin edir və oyunçuları o çağırır. Biz bunların hamısını bilirik. Bu, Argentina futbolu üçün mənfi haldır".
 
O, Dieqo Simeonenin Argentina millisinin baş məşqçisi təyin olunacağı barədə söhbətə inanmadığını da deyib: "Çünki Messi Simeoneni sevmir və onun gəlişini istəməz". 
 
Qeyd edək ki, K.Fibos 2006-2008-ci illərdə millidə baş məşqçi Alfo Basilin köməkçisi vəzifəsində çalışıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az