ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın bir müddət əvvəl ayrıldığı ikinci həyat yoldaşı açıqlama verib.
VİZUAL.az xəbər verir ki, axşam.az-ın müxbiri ilə söhbətində adının tam açıqlanmasını istəməyən M. aparıcı ilə heç vaxt rəsmi nikahda olmadığını bildirib:
"Mənim birinci ailəm, övladlarım var. Biz Mətanətlə vətəndaş nikahında yaşamışıq. 15 ildir birlikdəyik, 7 yaşında bir övladımız da var. Mənim əsas ailəmin olmasından Mətanətin xəbəri var idi. Ayrılmağımıza səbəb isə onun mənə xəyanəti olub. Mətanət Əliverdiyeva mənə xəyanət edib. Telefonunda başqası ilə sevgi mesajlaşmalarını görmüşəm. Özündən 14 yaş kiçik jurnalistlə... Özünə deyəndə isə cavabı "Sən mənə lazımi qədər vaxt ayırmadın” olub. Hazırda telefonu və mesajları mənim əlimdədir. Yazışdığı şəxsi də tanıyıram. Çox sözləri danışa bilmirəm. Övladımın anasıdır. Mən heç vaxt ona xəyanət etməmişəm. Hər kişinin həyatında ikinci xanım ola bilər. Sevgimi onda tapdım.
Hərbiçi olmuşam, ciddi insanam. Mən heç nəyi yalan danışmıram. Mən hərbidə olanda bir gün onu nəzarətdən kənarda saxlamamışam. Onun heç bir çətinliyi olmayıb. Bu hadisə mənim üçün çox çətindir. Dünən Zaurun verilişinə ("Bizimləsən” verilişi, aparıcı Zaur Baxşəliyev – red.) canlı efirə qoşulmaq istədim, zəng vurdum, efirə bağlamadılar".
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL