Sərbəst güləş üzrə Azərbaycan milli komandasının məşqçisi Elnur Aslanov dünyasını dəyişib.
“Vətəninfo.az” Apasport.az saytına istinadən xəbər verir ki, 29 yaşlı məşqçi “VAZ-21015” markalı, 50-CF-072 dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıtın Sahil küçəsi ilə idarə edərkən hasara vurub.
Qəza nəticəsində sürücü və avtomobilində olan sərnişinlər, Sumqayıt şəhər sakinləri, 1977-ci il təvəllüdlü Abışov Gündüz Ramiz oğlu və Babayev Valeh Ağakişi oğlu hadisə yerində ölüblər, 1976-cı il təvəllüdlü Nemətov Eldar Müslüm oğlu isə xəsarət alaraq xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Aslanov az öncə Ankarada başa çatan gənclər arasında XV “Çempionlar” beynəlxalq turnirində sərbəst güləş yığmamıza rəhbərlik edib. Həmin komandanın heyətində isə Orxan Şərifov (84 kq) 3-cü yeri tutub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR