Milli Məclisin sədri Gürcüstana səfər edəcək

Milli Məclisin sədri Gürcüstana səfər edəcək

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Tbilisidə keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində iştirak etmək üçün iyulun 26-da Gürcüstanın paytaxtına səfərə yola düşəcək. 

 Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin tədbirdə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin başçıları ilə görüşləri gözlənilir. Festival günlərində Oqtay Əsədovun Atletlər Kəndinə getməsi və 13-cü Avropa Gənclər Olimpiya Festivalında iştirak edən Azərbaycan idmançıları ilə görüşməsi də nəzərdə tutulur.  

 Səfər iyulun 27-də başa çatacaq.
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az