21 yaşadək futbolçulardan ibarət yığmamız Avro-2017-nın seçmə mərhələsi çərçivəsində bu gün növbəti matçına çıxacaq.
Komandamız öz meydanında Almaniya millisi ilə üz-üzə gələcək.
Bu ay keçirdiyi ilk görüşdə Avstriyaya uduzan (0:2) U-21-in almanlarla matçda hansı nəticəyə imza atacağı maraqla gözlənilir. Yaşar Vahabzadənin komandası güclü rəqibindən xal almağa çalışacaq. Lakin Almaniya millisi də Bakıya məğlub olmaq üçün gəlməyib.
Qeyd edək ki, millimiz seçmə mərhələnin ilk matçında isə Farer adalarına 1:0 hesabı ilə qalib gəlib.
Apasport.az
8 sentyabr
19:00. Azərbaycan – Almaniya
"Dalğa Arena”. Hakimlər: Aleksandr Bukaut, Cimmi Kremers, Lauren Konott, Nikolas Laforq (hamısı Belçika)
|
1. |
Avstriya |
1 |
1 |
0 |
0 |
2:0 |
3 |
|
2. |
Finlandiya |
1 |
1 |
0 |
0 |
2:0 |
3 |
|
3. |
Azərbaycan |
2 |
1 |
0 |
1 |
1:2 |
3 |
|
4. |
Farer adaları |
1 |
0 |
0 |
1 |
0:1 |
0 |
|
5. |
Rusiya |
1 |
0 |
0 |
1 |
0:2 |
0 |
|
6. |
Almaniya |
0 |
0 |
0 |
0 |
0:0 |
0 |