Vətəninfo.az xəbər verir ki, Bakının Xətai rayonunda iki nəfərin ağır yaralanması ilə nəticələnən qəza baş verib. APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb. Məmmədov Seymur Malik oğlu idarə etdiyi "KİA" markalı avtomobili ilə şəhər istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirərək maşını dayanacaqda dayanan sərnişin avtobusuna çırpıb. Qəza zamanı "KİA" nın sürücüsü və sərnişi xəsarət alıblar. Əraziyə təcili yardım çağırılıb. Hər iki yaralı 1 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb.
Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsindən verilən məlumata görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR