Ötən gün Tərtər rayonunda minlərlə azərbaycanlı dinc sakin "Qarabağ Azərbaycandır” şüarı ilə təmas xəttinə doğru yürüş edib.
Yürüş barədə video sosial şəbəkələrdə yayılıb.
Oradan isə kadrlara erməni KİV-ləri yer veriblər.
Dağlıq Qarabağdakı separatçı rejimi"kadrların köhnə ola biləcəyini”bildirib.
Lakin kadrlardan aydın olur ki, yürüş ötən gün oktyabrın 16-da baş tutub."Bu gün oktyabrın 16-da Tərtər rayonunda bütün tələbələr və rayon əhalisi Qarabağa yürüş keçirdi. Qarabağın azad olunmasına görə hamımız səfərbər olunduq. Qarabağın azadlığı yolunda hər kəs canından keçməyə hazırdır. Əhali bir ucdan gəlir, Tərtər rayonunda əhali qalmayıb, hamısı buradadır…”,- yürüşü mobil telefonla videokameraya çəkən yerli sakin kadr arxasından bildirir.
Xatırladaq ki, bu günlərdə Azərbaycan prezidenti İlham Əliyev Soçidə, "Valday” klubunun yığıncağında çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində səsləndirdiyi "Qarabağ Ermənistandır, nöqtə” bəyanatına cavab verib. "Qarabağ Azərbaycandır, nida işarəsi!”,-İlham Əliyev bildirib.
//Virtualaz.org
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO