«Müxalifətin icazəli mitinq keçirməsini normal qarşılayıram. Bu Azərbaycanda sərbəst toplaşma azadlığına tam şərait yaradılmasının, demokratiya prinsiplərinin yüksək səviyyədə qorunmasının göstəricisidir». Bu fikirləri «Vətəninfo»ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şurasının üzvü Aydın Hüseynov diqqətə çatdırıb: «Əvvəllər müxalifət əhalinin gediş gəlişi sıx olan yerlərdə icazəsiz mitinq keçirməyə cəhdlər edirdi ki, bunun da qarşısı qanuni yollarla alınırdı. Müxalifət bundan istifadə edib, hakimiyyti sərbəst toplaşma azadlığını pozmqda günahlandırırdı. Amma hakimiyyət həmişə bu prinsiplərə hörmətlə yanaşıb. İstənilən təşkilat aksiya üçün ayrılan yerlərdə öz fikirlərini açıq ifadə edə bilər». Mitinqdə az adamın iştirak etməsinə gəlincə isə A.Hüseynov bildirdi ki, bu, müxalifətin "gücü"nün göstəricisidir: «Təbii ki, ora nə qədər adam yğmaq onların işidir. Amma 10 minlərlə insanın mitinqə qatılacağını deyən müxalifət sadəcə öz yaxın ətraflarını prosesə cəlb edə bilib. 1000 nəfərdən artıq adamın qatıldığı aksiya hər şeyi açıq aydın ifadə edir. Bir daha deyirəm ki, müxalifət daha pafosla xalqın adından danışmasın. Xalq son aksiyada da göstərdi ki, ölkə rəhbərinin arxasındadır və onun yürütdüyü siyasəti tam dəstəkləyir».
Əli
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR