Oktyabrın 16-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığında qoşunların təmas xəttində monitorinq keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, Monitorinqdən əvvəl kənd sakinləri Azərbaycan tərəfdən monitorinqi həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədirləri - İqor Popov (Rusiya), Pyer Andryu (Fransa), elecə də ABŞ təmsilçisi Ceyms Uorlikin köməkçisi David Salvo ilə görüşüblər.
Qısa söhbətləşmə zamanı kənd sakinləri beynəlxalq müşahidəçilərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin illərdir uzanaraq davam etməsindən, konfliktin həlli istiqamətində səylərin nəticəsiz qalmasından, ərazilərimizin erməni işğalında olmasından, Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki əhalinin, yaşayış məntəqələrinin, o cümlədən qeyri-hərbi obyektlərin daim atəş altında saxalanılmasından narazılıqlarını ifadə ediblər.
Sonra nümayəndə heyəti öz missiyasını yerinə yetirmək məqsədilə monitorinq keçiriləcək əraziyə yollanıb. Monitorinq qrupu təmas xəttinin qarşı tərəfinə keçməzdən əvvəl Ermənistan silahlı qüvvələrinin bölmələrinin yerləşdiyi istiqamətdən atəş səsləri eşidilib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR