Milli Təhlükəsizlik Nazirliyi Bakıda İŞİD-çilərin “Baku Paintball Center”dəki atıcılıq meydanında hərbi baza yaratmaqları ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Vətəninfo.az xəbər verir ki, Nazirliyin İctimai Əlaqələr Mərkəzindən anspress-in sorğusuna cavab olaraq bildirildi ki, yayılan informasiyaların heç bir əsası yoxdur.
“Azərbaycan Respublikasının milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Əməliyyat şəraitinə nəzarət olunur”, - deyə bildirilib.
Qeyd edək ki, Bakıda İŞİD-çilərin yetişdirməsi barədə məlumat yayılıb. Yayılan məlumatlara görə, Bakı şəhərinin Keşlə qəsəbəsindəki “Baku Paintball Center”dəki atıcılıq meydanında İŞİD-çi dəstələrinin formalaşdırıldığı iddia olunur.
Yayılan məlumatlara görə, günün müəyyən zamanlarında sələfi təriqətinin nümayəndələri mərkəzin atıcılıq meydanında təlim keçirlər. Beləliklə də onlar gələcək döyüşlərə hazırlaşırlar.
Məsələyə aydınlıq gətirmək üçün “Baku Paintball Center” ilə əlaqə yaratdıq. Fikrət adlı şəxs açıqlamasında yayılan məlumatların yalan olduğunu dedi.
“Elə şey olar ki, burada terrorçular məşq etsinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları xəbərsiz olsun? Yalan söhbətdir. Kimsə düşmənçilik məqsədilə belə xəbərlər yayır”, - deyə Fikrət bəy bildirdi.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR