Milli Təhlükəsizlik Nazirliyi narkotiklərlə mübarizə çərçivəsində növbəti əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Axar.az-a qeyri-rəsmi mənbədən verilən məlumata görə, dekabrın 10-da MTN paytaxtın Yasamal rayon ərazisində, Sovetski yaşayış massivində keçirdiyi əməliyyat zamanı 30 nəfər həbs edilib. Həbs edilənlər narkotik maddələri əldə etmə, daşıma və satmaqda şübhəli bilinərək saxlanılıblar. Məlumatda bildirilir ki, qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
MTN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Arif Babayev Axar.az-a açıqlamasında bu barədə məlumatının olmadığını bildirib.
Xatırladaq ki, dekabrın 9-da MTN tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 19 kiloqramdan artıq narkotik vasitənin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə qanunsuz daşınmasının qarşısı alınıb, bu hüquqazidd əməllərin törədilməsinə görə 11 nəfər şübhəli şəxs qismində tutulub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR