Vətəninfo.az xəbər verir ki, Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, gənclər arasında yaranan mübahisə onlardan birinin ölümü ilə başa çatıb. Hadisə Müzəffər Nərimanov küçəsi, 4 ünvanında, metronun "Ulduz" stansiyasının yaxınlığında baş verib. Hüseynov Yasin Laçın oğlu aralarında yaranmış mübahisə zəminində tanışı 23 yaşlı Əkbərov Rahib Sahib oğlunun bud nahiyəsinə bıçaqla xəsarət yetirib. Cinayəti törədən Yasin Hüseynov hadisə yerindən qaçaraq istintaqdan yayınmaq istəyib. Yaralı Rahib Əkbərov isə təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, çoxlu qan itirdiyindən həkimlər onun həyatını xilas edə bilməyiblər. Rahib Əkbərov xəstəxanada dünyasını dəyişib.
Cinayəti törətməkdə şübhəli bilinən Yasin Hüseynovu isə 17-ci polis bölməsinin əməkdaşları saxlayaraq istintaqa təhvil veriblər. Hələlik qətlin hansı səbəbdən baş verdiyi bilinmir. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə maddəsi) ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR