Müdafiə naziri şəhid hərbçini medalla təltif etdi

Müdafiə naziri şəhid hərbçini medalla təltif etdi

Azərbaycan müdafiə naziri Zakir Həsənov şəhid olmuş hərbi qulluqçu Eldar Fətəliyevi ölümündən sonra medalla təltif edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin şəhid olmuş müddətdən artıq həqiqi hərbi xidmət çəkmiş hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

*   *   *

Düşmənin qarşısı alınarkən Silahlı Qüvvələrimizin şəhid olmuş hərbi qulluqçusu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu dəfn edilib.

ANS TV-nin məlumatına görə, Vətən uğrunda canını qurban verən şəhidimiz anadan olduğu Gədəbəyin İvanovka kəndində torpağa tapşırılıb.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az