Bu gün Ümumdünya gülüş günüdür.
Axşam.az-ın məlumatına görə, dünyanın bir çox yerində olduğu kimi, ölkəmizdə də insanlar bir-birinə yalan danışır, zarafatlar edir. Bəs görəsən, tanınmışlar arasında 1 aprel zarafatının qurbanı olanlar kimlərdir? “Şou biz” verilişinin ifaçılar arasında apardığı sorğunu təqdim edirik:
Müğənni Rəqsanə İsmayılova – Dostum 1 apreldə məni rayona toya dəvət etdi. Köməkçimlə restorana yollandım, baxırıq ki, məkan boşdur, nə masalar açılıb, nə də insanlar gəlib. Toyu danışan adama zəng etdim, 1 aprel zarafatı etdiyini dedi: “Gedin filan restoranda sizə stol hazırlatdırmışam, yeyin, 1 gün də qalıb dincəlin”.
Müğənni Emil Bədəlov – Dostum zəng etdi ki, digər dostumuz qəza keçirdib, ölüb, xəstəxanadayıq, tez gəl. Getdim ki, zarafat edirlərmiş. O qədər pis olmuşdum ki... Mənə zəng edib, yalanı deyən dostumu həmin yerdəcə döydüm.
Müğənni Kərim Abbasov – Dostumun dostu zəng vurdu ki, qəza keçirib, xəstəxanadayıq, vəziyyəti pisdir. Həyəcanla, qaça-qaça xəstəxanaya getdim. Görürəm ki, klinikanın qabağında maşında oturub, məni gözləyirlər. Məni görən kimi gülməyə başladılar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR