Gecə saatlarında Qaradağ rayonu Müşfiq qəsəbəsində 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Bakı-Şamaxı yolunun 60-cı kilometrliyində Müşviq qəsəbəsinin Çaylı kəndi ərazisində qeydə alınıb.
İsmayıllı rayon sakini Fəxrəddin Babayev "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşını yol kənarında dayanan "Schacman" markalı yük avtomobilinə çırpıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - 52 yaşlı İslam Rəhimov və 48 yaşlı Əziz Mitalov hadisə yerində dünyasını dəyişib. Maşında olan digər sərnişinlər, 28 yaşlı Ruslan Məmmədov və 52 yaşlı Zərnişan Babayeva ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə,hazırda yaralıların vəziyyəti kafi qiymətləndirilir.
Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol polisinin əməkdaşları baxış keçiriblər. Baş verən qəzaya səbəb olan "Mercedes" cərimə meydançasına aparılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya düşən ailə İsmayıllı rayonunda yaşayan qohumlarının yas mərasimindən gəlirmiş. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR