Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə keçirilən I Avropa oyunları ilə əlaqədar iyun ayı üçün xüsusi repertuar təşkil edib. Vətəninfo.az SİA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə teatrın repertuarındakı bir sıra tamaşalar məhz I Avropa oyunları ilə əlaqədar ölkəmizə gələn qonaqlara – turistlərə, idmançılara keyfiyyətli xidmət göstərmək üçün ingilis dilinə tərcümə olunub.
İyunun 18-dən başlayaraq həftəsonuna kimi 4 gün ərzində tamaşaçılara 5 səhnə əsəri – 18 iyun saat 19.00-da “Skapenin kələkləri” (J.B. Molyer), 19 iyun saat 19.00-da “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), 20 iyun saat 19.00-da “Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva), 21 iyun saat 12.00-da “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və saat 19.00-da “Kimdir müqəssir?” (Ə. Haqverdiyev) təqdim olunacaq. Azərbaycan və rus dillərində oynanılacaq tamaşalar eyni zamanda əcnəbi qonaqlar üçün ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş ediləcək.
Qeyd edək ki, bir biletin qiyməti gündüz tamaşası üçün 6 manat, axşam tamaşaları üçün isə yerindən asılı olaraq 6-7-8-10 manat təşkil edir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL