Vətəninfo.az xəbər verir ki, ötən gün Şabran polisi uğurlu əməliyyat keçirərək narkotik əkinçisini iş başında yaxalayıb. Şabran polis şöbəsinin müstəntiqi Orxan Əkbərovun ANS PRESS-ə verdiyi məlumata görə, keçirilən əməliyyat zamanı Siyəzən rayon sakini, 1967-ci il təvəllüdlü Səməndər Balasultan oğlu Nəcəfov tutulub. Polis onu rayon mərkəzindən 45 km. aralıda, Dəhnə kəndi yaxınlığında becərdiyi narkotik plantasiyasında iş başında tutub. O, narkotik plantasiyasını sərt qayalıqda becərirmiş ki, gözdən uzaq yer olsun.
Polis plantasiyadan 130 ədəd çətənə kolu aşkarlayıb. Səməndər Nəcəfov hadisə yerindəcə əməlini etiraf edib. Səməndər Nəcəfov onu da əlavə edib ki, özü də narkotik istifadəçisidir. Faktla bağlı Cinayət məcəlləsinin 237.2.3 maddələrilə cinayət işi başlanıb, araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR