Terrorçulara qoşulan Azərbaycan vətəndaşı barəsində beynəlxalq axtarış elan olunub.
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Qax rayon sakini, 1979-cu il təvəllüdlü Arif Abidov qanunsuz silahlı qrup yaratmaqda təqsirləndirilir. A. Abidov ölkədən qaçdığı üçün Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət edilib.
Qeyd edək ki, A. Abidov bundan əvvəl də İnquşetiyada Rusiya federal qüvvələrinə və Əfqanıstanda NATO qoşunlarına qarşı döyüşməkdə ittiham olunub. Kikboksinq idmanı üzrə dünya çempionu olan A. Abidov 2008-ci ildə Əfqanıstanda koalisiya qüvvələrinə qarşı vuruşarkən yaralanıb və Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə 15 avqust 2009-cu il tarixində Azərbaycana qaytarılıb. Azərbaycanda məhkəmə qarşısına çıxarılan A. Abidov səhhətindəki problemlərlə əlaqədar qısa müddət sonra sərbəst buraxılıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?