Moskvanın cənub-şərqindəki Julebino rayonunda 4 maskalı şəxs yerli vətəndaşa hücum edib. Axar.az xəbər verir ki, naməlum şəxslər hücum etdikləri adamın içərisində 50 min dollardan çox pulu olan çantasını aparıblar.
Naməlum şəxslər balta və tapança ilə hücum ediblər və arxadan yaxınlaşaraq, əvvəlcə atəş açıblar. Daha sonra isə balta ilə yaralayıblar.
Cinayətkarların hadisə yerindən "Dodge Caravan” avtomobili ilə uzaqlaşdığı vurğulanıb.
Əldə etdiyimiz məlumata görə, hücum edilən şəxs Naxçıvanın Ordubad rayonundan Mahir adlı iş adamıdır. 30 yaş civarında olan Mahir başından güllə və balta yarası ilə çox ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda komadadır.
Mahirə tacik əsilli cinayətkar qruplaşmanın hücum etdiyi ehtimalı olsa da, hələ ki, bu versiyanı təsdiqləyən fakt yoxdur.
Polis isə cinayətkarların saxlanılması üçün hərəkətə keçib.
Mahirə hücumun görüntüsü bankın önündəki kameralara düşüb.
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO