Bu günlərdə müğənni Abbas Bağırovun “ATV maqazin”ə verdiyi açıqlaması “Aləm gözəl” mahnısını yenidən gündəmə gətirdi.
Belə ki, bəstəsi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olan mahnı barədə söylədikləri təkzib olundu. A.Bağırov verilişə açıqlamasında rəsmi şəkildə bütün telekanallara və radiolara xəbərdarlıq edildiyini bildirmişdi: ““Aləm gözəl” mahnısı mənim üçün yazılmışdı. Uğurlu alındı. Bilmirəm, sənətçilərimiz bu uğura sevindilər, yoxsa paxıllıqları tutdu deyə, hamı onu oxumaq istədi. Bu uğura şərik olmaq istədilər. Bizim müğənnilərin əksəriyyəti mahnını oxuyarkən bəstəkardan icazə almırlar. Buna görə də Anar Məmmədov mahnıya qadağa qoydu. Bütün telekanallara və radiolara rəsmi xəbərdarlıq edilib. Mahnını icazəsiz oxuyan cəzalandırılacaq. Cəza nədən ibarətdir və məsələ nə qədər ciddidir, bunu Anar bəyin vəkili deyə bilər”.
musavat.com-un məlumatına görə, A.Məmmədovun vəkili Ruslan Məmmədov isə sözügedən mahnıyla bağlı heç bir qadağa qoyulmadığını bildirib: “Anar Məmmədov tərəfindən belə bir qadağa yoxdur, bu, mətbuata və ictimaiyyətə yanlış təqdim olunub”.
Açıqlamasının təkziblə cavablandırıldığından xəbər tutan A.Bağırov əvvəlcə cavab vermək istəməsə də, yekunda bunları deyib: “Bu o deməkdir ki, qadağa artıq aradan qaldırılıb”.
O, bir müddət öncə qadağanın olması xəbərini məhz Ruslan Məmmədovdan öyrəndiyini də söyləyib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR