Bu gün Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarına start veriləcək.
“Vətəninfo.az” xəbər verir ki, ölkəmizin Avropanın ən nüfuzlu turnirində ilk və hazırda yeganə təmsilçisi olan “Neftçi” növbəti mövsümə start verəcək. Çempion da digər klublarımız kimi ilk matçını evdə keçirəcək.
Gürcüstanın “Zestafoni” klubu ilə matç həm bu rəqiblə, həm də “Dalğa Arena”da ÇL-də ilk oyunumuz olacaq. Mövsüm bitəndən sonra heyətində böyük dəyişiklər baş verən “Neftçi”yə ötən mövsüm güclü komanda – sonradan qrup mərhələsinə kimi irəliləyən Zaqreb “Dinamo”su düşmüşdüsə, bu dəfə rəqib münasibdir. Sözsüz ki, bu, 3-cü mərhələyə çıxmaq şansını artırır və ev matçında nəticədən çox şey asılı olacaq. “Neftçi” inamlı qələbə qazanarsa, 1 həftə sonra Gürcüstandakı cavab matçına rahat yollana biləcək.
Çempionlar Liqası, II təsnifat mərhələsi
İlk oyun
17 iyul
21:00. “NEFTÇİ” (AZƏRBAYCAN) – “ZESTAFONİ” (GÜRCÜSTAN)
Baş hakim: İonut Mariuş Avram
Baş hakimin köməkçiləri: Mikloş İştvan Nagy, Sebastyan Eugen George
Dördüncü hakim: Draqoş İstrate (hamısı Rumıniya)
Hakim-inspektor: Viktor Mintoff (Malta)
Bakı: “Dalğa Arena”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR