Vətəninfo.az xəbər verir ki, Azərbaycanda nənə və nəvə intihara cəhd edib. Şirvan Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün baş verib. Şirvan şəhər sakini, 1959-cu il təvəllüdlü Dilşad Cəbrayılova nəvəsi, 2 yaşlı Tofiq Cəbrayılovla birgə özünü körpüdən Kür çayına atıb. Hadisə yerinə cəlb olunan xilasedicilərin səyi nəticəsində hər iki şəxs xilas edilib. Polisdən həmçinin bildirilib ki, nəvəsi ilə birgə intihar etmək istəyən qadın ruhi xəstədir. Hazırda hadisənin səbəbləri araşdırılır.
Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Şirvan şəhərində (“Əli Bayramlı” sularda xilasetmə məntəqəsindən 700 m sola nəzarətsiz ərazidə) 2 nəfər intihar etmək məqsədilə özünü körpüdən çaya atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Vətəndaşlar xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR