Aprelin 23-də dünyasını dəyişən Nərgiz Yaqublunun övladı Kənan Tomskda yaşayır, durumu yaxşıdır
Nərgizin oğlu artıq palataya köçürülüb. Yaxşılaşır, böyüyür, çəkisi artır. Həkimlər deyir ki, həyatı təhlükəsi yoxdur”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında aprelin 23-də ağır xəstəlikdən Tomskda vəfat edən gənc fəal Nərgiz Yaqublunun bacısı Nigar Yaqublu deyir.
Nigarın sözlərinə görə, körpəyə Nərgizin seçdiyi adı qoyublar: “Nərgiz Kənan adını çox bəyənirdi. Körpənin cinsiyyəti bəlli olandan sonra deyirdi ki, bu adı qoyacaq. Atası artıq adı rəsmiləşdirib”.
Həkimlərin ailəyə verdiyi bilgiyə görə, yarımçıq doğulan körpənin inkişafı normal gedir. Aprelin 15-də 7 aylıq 1 kq 160 qr doğulan körpənin çəkisi indi 1,5 kiloqramdır: “Küvezdən (yeni doğulmuşların içərisində saxlandığı xüsusi aparat – red.) çıxarıldıqdan sonra ağ ciyərləri də, digər orqanları da sərbəst çalışır. Hələlik çənə sümükləri möhkəmlənmədiyi üçün süni yolla qidalanır. Çəkisində gündə 20-50 qram artım olur”.
Körpənin problemləri yalnız yarımçıq doğulması ilə bağlıdır. Aparılan çoxsaylı analizlər anasının xəstəliyinin körpəyə keçmədiyini göstərib. Yaqublu ailəsindən onu da bildirirlər ki, körpə atasının ailəsi ilə Tomska yaşayacaq.
musavat.com
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?