Bu gün Avropa Oyunlarında cüdo yarışlarına start veriləcək.
Vətəninfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, Heydər Əliyev adına idman arenasında keçiriləcək yarışda Azərbaycan cüdoçuları da mübarizəyə qoşulacaqlar. Yarışın ilk günündə 8 idmançımız mübarizəyə qoşulacaq.
60 kq çəki dərəcəsində Orxan Səfərov 1/8 final mərhələsindən mübarizəyə başlayacaq. Eyni çəki dərəcəsində mübarizə aparan İlqar Müşkiyevin rəqibi müəyyənləşməyib.
66 kq-da Nicat Şixəlizadə 13:00-da xalça üzərində çıxacaq. Onun 1/16 final mərhələsindəki rəqibi türkiyəli Sinan Sandaldır.
66 kq-da yarışacaq daha bir cüdoçumuz Tərlan Kərimovun 1/16 final mərhələsindəki rəqibi rusiyalı Mixail Pulyayevdir. Bu görüş 13.12-də start götürəcək.
Qadınların mübarizəsində ilk olaraq 48 kq çəki dərəcəsində meydana Leyla Əliyeva çıxacaq. O, 1/16 final mərhələsində mübarizəyə başlayacaq. Əliyeva burda sloveniyalı Kristina Vrsiçlə üz-üzə gələcək.
48 kq-da daha bir idmançımız Aişə Qurbanlı da 1/16 finalda mübarizəyə start verəcək. Onun bu mərhələdə rəqibi rusiyalı Kristina Rumyanstevadır.
52 kq-da Sakina Zayirova 1/16 final mərhələsində israilli Roni Şvartsla üz-üzə gələcək.
57 kq-da Kifayət Qasımova 1/16 final mərhələsində seriyalı Jovana Roqiçlə qarşılaşacaq.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL