Vətəninfo.az xəbər verir ki, Bakıda avtobusun iştirakı ilə baş vermiş daha bir yol qəzasının videosu yayılıb. AzVision.az avtosfer.az saytına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) «Təhlükəsiz şəhər» Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameraları vasitəsilə qeydə alınan bu qəza paytaxtın mərkəzi küçələrindən birində baş verib. Göründüyü kimi, sərnişin avtobosu svetoforun qırmızı işığında yüksək sürətlə hərəkət edir. Bu zaman soldan öz yolu ilə hərəkət edən «Ford» markalı yük maşını avtobusun hədəfinə çevrilir. Ağır zərbəyə tuş gələn yük maşını dərhal aşır. Ətrafdakı insanların köməyi ilə «Ford»un kabinəsindəki sürücü və sərnişin oradan çıxarılır.
Bu kadrlara diqqətlə baxıb qırmızı işığı saymayan avtobus sürücülərinə qarşı tədbirləri gec də olsa da sərtləşdirmək lazımdır. Avtosfer.az-ın son vaxtlar təqdim etdiyi videolardan və avtobusların iştirakı ilə baş vermiş qəza xəbərlərindən məlum olur ki, sərnişin avtobuslarının sürücüləri əksər hallarda svetoforun qırmızı işığına məhəl qoymadan hərəkət edirlər. Bu isə ağır qəzalara səbəb olur.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR