“O zaman həyat daha gözəl görünəcək!” - İlham Əliyev

“O zaman həyat daha gözəl görünəcək!” - İlham Əliyev
Yadımdadır, mənim çox kədərli olduğum vaxtlar idi”.
Vətəninfo.az Moderator.az-a istinadla xəbər verir ki, yuxarı sinif şagirdləri üçün intellektual "Umniki i umnitsı” tele-olimpiadanın aparıcısı və eyniadlı Ümumrusiya intellektual hərəkatın rəhbəri Yuri Vyazemski "Vestnik Kafqaza”ya bu hərəkatda Şimali Qafqaz və Azərbaycanın iştirakından danışıb, eləcə də İlham Əliyevin MDBMİ-də (Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu) fəaliyyəti dövrünə dair xatirələrini bölüşüb.
Yuri Vyazemski Azərbaycanın iki il öncə ondan analoji veriliş üçün hüquqları aldığını bildirib.
"Düşünürəm ki, Azərbaycanın hərəkata qoşulması ilə əlaqədar çətinliklər var, belə ki, Bakı televiziyası rəsmi olaraq mənə müraciət edərək efirdə öz "Umniki i umnitsı” verilişinin buraxılışı üçün hüququ aldılar. Məncə onlar mənim verilişimə oxşamayan və eyni zamanda, oxşayan maraqlı proqram yaradıblar. Faktiki olaraq onlar öz hərəkatlarını açdılar və mən hardasa bu hərəkatda iştirak edirəm”, - o deyib.
Teleaparıcı Azərbaycandan danışarkən, vaxtilə çətin dövrlərdə İlham Əliyevin onu necə ruhlandırdığını xatırlayıb.
"Azərbaycan Prezidenti MDBMİ-nin məzunu və müəllimidir. Yadımdadır, mənim çox kədərli olduğum vaxtlar idi, mən instituta gəlib, çıxışda dayanmışdım və indi Azərbaycanın Prezidenti olan insan mənə: "Yura, niyə belə kədərlisən? Gülümsə, o zaman həyat daha gözəl görünəcək!” dedi. Bunu o dövrdə mənim həmkarım olan İlham Əliyev deyirdi”, - Yuri Vyazemski bölüşüb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az