ABŞ prezidenti Barak Obama Böyük Britaniyanın baş naziri Devid Kemeron ilə Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında çıxışı zamanı Avropada müsəlmanların cəmiyyətə inteqrasiya olunması prosesinin səviyyəsindən narazı olduğunu bildirib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Foreign Policy nəşri məlumat yayıb. “ABŞ-ın ən böyük üstünlüyü ondan ibarətdir ki, bizim müsəlman əhalimiz özünü amerikalı hiss edir. Avropanın bəzi hissələrində belə hal yoxdur. Və bu, bəlkə də, Avropa üçün ən böyük təhlükədir”, deyə ABŞ prezidenti qeyd edib. Fransa, Belçika və Almaniyada ehtimal olunan silahlıların həbsini şərh edən Barak Obama qeyd edib ki, Avropa ölkələri bu problemi yalnız güc vasitəsi ilə həll etməməlidir. Qeyd edək ki, yanvarın 16-da Ağ Evdə ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron arasında görüş keçirilib. Görüşdə beynəlxalq siyasətə dair bir sıra aktual məsələlər müzakirə olunub. Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR