“Sadəcə onun bir yaxını kimi demək istərdim ki, onun adı Hətəmpaşa deyil. Altay qızı Ayla Dəmirovadır. Əməliyyat keçirdikdən sonra bu ad dəyişib. Dövlət bu insanın qadın olduğunu təsdiq edib”.
Bu sözləri 7news.az-a ekskluziv açıqlamasında ötən gün paytaxtın Səbail rayonu ərazisində, Səid Rüstəmov küçəsi 16 ünvanında sevgilisi tərəfindən bıçaqlanan Siyəzən şəhər sakini, 27 yaşlı Dəmirova Ayla Altay qızının yaxınlarından olan Hüseynov Sənan bildirib.
Onun sözlərinə görə, insanların Aylaya qarşı fikri heç də xoş deyil: “Transseksual olduğunun vurğulanmasına bir söz demirəm. Ancaq “Facebook” sosial şəbəkəsində də də paylaşırlar və xoş olmayan əxlaqsız şərhlər yazırlar. Biz onun dostlarıyıq və bu da bizə pis təsir edir. Adını düzgün desinlər Hətəmpaşa yox, Ayladır”.
Qeyd edək ki, qətlə yetirilən Ayla Dəmirova keçən ay mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL