Ötən gün günorta saatlarında başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın qatili məlum olub. Xətai rayon prokurorunun köməkçisi Şəbnəm Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, gənc tələbə qızın başını elə onun öz doğma bacısı kəsib.
Günel Nuriyevanı onun öz bacısı Pərvanə Nuriyeva öldürüb. Bacısını qətlə yetirən Pərvanə Nuriyeva saxlanılıb. Qətlin səbəbi bilinmir. Hazırda istintaq davam edir", - deyə Şəbnəm Məmmədova bildirib.
Qeyd edək ki, hadisə Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb. Həmin ünvanda bacıları ilə birlikdə yaşayan, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G.Nuriyevanın meyitini onun bacıları günorta saatlarında evə gələrkən aşkarlayıb.
Qətlə yetirilən G. Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.
Etibar Nuriyev tanınmış biznesmendir.
Etibar Nuriyevin Şəkidə bir neçə ticarət obyektləri, torpaq sahələri var. Ailənin 3 qız övladı var. Qizlardan ikisi əkizdir. Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük qızıdır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR