Ağdamın Baharlı qəsəbəsində əkin sahəsində kişi meyiti tapılıb.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, sözügedən ərazinin yaxınlığında oynayan balaca uşaqlar bir nəfərin hərəkətsiz vəziyyətdə qaldığını görüb yerli sakinlərə xəbər veriblər.
Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Məlum olub ki, həmin şəxs məcburi köçkünlər üçün salınan qəsəbədə yaşayan Məmmədov Ceyhun Vidadi oğludur. Onun ürək çatışmazlığından keçindiyi müəyyən edilib.
Sakinlərin sözlərinə görə, Ağdam şəhərindən məcburi köçkün olan 1966-cı il təvəllüdlü C.Məmmədov iki dəfə ailə həyatı qursa da, tufeyli həyat sürüb, alkaqol aludəçisi olub. Ölümündən bir neçə saat əvvəl də o, həddən artıq çox spirtli içki qəbul edib və qızmar günəşin altında yatıb və oyanmayıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR