Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəmə dindirilməsi yekunlaşıb.
Vətəninfo.az ANS Tv-yə istinadən xəbər verir ki, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə hakim Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqının yekunlaşdığını elan edib. Orxan Zeynalov son söz deyərək qətldə əli olmadığını və Yeqor Şerbakov öldürülərkən başqa şəhərdə olduğunu söyləyib. Gələn həftə məhkəmənin hökmü olacaq. Ehtimal edilir ki, Orxanı 20 il həbs cəzası gözləyir.
Orxan Zeynalovun vəkili Abbasmirzə Abdullayev deyir ki, biz məhkəmə istintaqının nəticəsindən qətiyyən razı deyilik: ”Çünki bu prosesdə hadisənin tək şahidi kimi sadəcə Kseniya Popovanın ifadəsi əsas götürülür. O, isə əvvəl verdiyi ifadəni tamamiylə dəyişib. Biz tələb etdik ki, Kseniya Popovanın yalan dedektoru vasitəsiylə ifdəsi alınsın. Çünki biz həqiqətin ortaya çıxmasını istəyirik. Ancaq bu tələbimiz qəbul edilmədi. Madəm Kseniya Popova doğru danışır, niyə yalan dedektorundan gorxur?”.
Ümumiyyətlə bu cinayət baş verəndən sonra Rusiya ilə Azərbaycan münasibətlərində gərginlik də yaşanmışdı. Hətta bunun ardınca Rusiyadan azərbaycanlıların sıxışdırılmasına da başlamışdılar.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR