Vətəninfo.az xəbər verir ki, ötən gün Bakı şəhərinin Qaradağ rayonunda dəhşətli hadisə baş verib. Rayon polis İdarəsindən verilən məlumata görə, Qobustan qəsəbəsi yaxınlığında, Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin dəniz üzərindəki estakadalarından keçən yüksək gərginlikli elektrik naqilini kəsmək istəyən şəxs ölüb. Belə ki, naməlum şəxs estakadaya qalxaraq oğurluq məqsədi ilə yüksək gərginlikli elektrik naqillərini kəsmək istəyib. Bu zaman onu cərəyan vurub. Yüksək gərginlik nəticəsində bədəni tamamilə yanmış şəxs estakadadan asılı vəziyyətdə qalıb. Faktla bağlı məlumat daxil olan kimi araşdırmalara başlanılıb. Məlumolub ki, ölən şəxs 1988-ci il təvəllüdlü Qarayev Daşqın Elşad oğludur. Onun meyiti ekspertizaya göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR