“Çox xoşbəxtəm. Həm qızıl medal qazanmışam, həm də o medalı mənə cənab prezidentimiz təqdim edib. Buna görə özümü ikiqat xoşbəxt sayıram”.
Vətəninfo.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında I Avropa Oyunlarının qızıl mükafatçısı Teymur Məmmədov deyib.
81 kq çəki dərəcəsində finalda da qələbə sevinci yaşayan idmançımız fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.
Avropa Oyunlarındakı uğurunu şərh edən Məmmədov final döyüşünün ağır keçmədiyi qeyd edib: “Döyüş o qədər ağır keçmədi. Mən hamıdan güclü idim”.
Gələcək planları barədə danışan idmançı bildirib ki, məşqlərə davam edəcək: “Mən dayanmayacam. Məqsəd qoymuşam ki, Olimpiadada iştirak edim. Dünya çempionatında lisenziya qazanmalıyam”.
Məmmədov qalibiyyətini oğluna həsr etdiyini vurğulayıb: “İnşallah, bu yaxınlarda oğlum olacaq. Mən bu qələbəni ona həsr edirəm. Yarımfinalda Rusiya idmançısına qalib gələndən sonra başa düşdüm ki, məni saxlamaq mümkün deyil, çempion olmalı idim”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL