Ermənistanın baş naziri Nikol Paşinyan gözlənildiyi kimi bu gün avqustun 5-də axşam saatlarında Xankəndinin mərkəzi meydanındakı mitinqdə çıxış edib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Xankəndində 31 il əvvəl-erməni separatizminin yeni alovlandığı dövrlərdə səslənən "Birləşmək” ("miatsum”) şüarları bu gün də təkrarlanıb. Özü də Paşinyanın dilindən.
Ermənistan baş naziri deyib ki, Yerevanın Dağlıq Qarabağa dair danışıqlarda yürütdüyü dipplomatiyanın yekun məqsədi "miatsumdur”. Onun sözlərinə görə, münaqişənin nizamlanmasına dair istənilən qərar ancaq Ermənistan və Dağlıq Qarabağ əhalisinin ümumxalq dəstəyi ilə qəbul oluna bilər.
Paşinyanın bu sözlərinə meydana toplaşanlar "miatsum” qışqıraraq reaksiya veriblər.

Paşinyan qeyd edib ki, Azərbaycanla aparılan danışıqların yekun məqsədi "Qarabağın öz müqəddəratını təyin etməsi yolu ilə əldə edilən nəticələri möhkəmləndirməkdir”. Onun sözlərinə görə, erməni hökumətini Qarabağa dair hansısa gizli qəsd planında ittiham etmək mənasızdır, çünki hökumətin belə planı yoxdur və olmayacaq.
Hərçənd Paşinyan Qarabağ məsələsinin "sülh yolu ilə həllinə istiqamətləndiklərini” deyib, baxmayaraq ki, onun "miatsum” şüarı məsələnin sülh yolu ilə nizamlanmasına şans buraxmır.
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO