Daxili İşlər Nazirliyi iki bacının itkin düşməsi ilə bağlı məlumat yayıb.

Vətəninfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, 2000-ci ildə Gəncə şəhərində anadan olmuş iki bacı-Məryəm və Səkinə Abdurəhmanova bu il aprelin 29-da gecə saat 01 radələrində yaşadıqları evdən gediblər və bir daha geri qayıtmayıblar. Qızların atasının adı Sabirdir.
İtkin düşmüş bacıların xarakterik əlamətləri aşağıdakılardır: Səkinə Abdurəhmanovanın boyu 1 metr 60 santimetr, orta köklükdə, gözləri və saçları qara rəngdədir. Evdən gedərkən əynində ağ-qara rəngli şalvar, qara kofta, ayağında ağ rəngli idman ayaqqabısı olub.
Məryəm Abdurəhmanovanın boyu isə 1 metr 55 santimetrdir, o da orta köklükdə, gözləri və saçları qara rəngdədir. Evdən çıxarkən əynində göy rəngli cins şalvar, ağ kofta, ayağında ağ rəngli idman ayaqqabısı olub.
Səkinə və Məryəm Abdurəhmanovaları görənlərdən və ya itkin düşmüş iki bacı barəsində hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (022) 256-52-19, (022) 256-07-73 nömrəli şəhər, eyni zamanda, (050) 315-44-05, (050) 322-18-32 və (050) 327-58-50 nömrəli mobil telefonlara zəng edərək bu haqda Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR