Azərbaycanda polis postunda dava olub.
APA-nın məlumatına görə, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin Zaqatala və Balakən rayonunun sərhədində yerləşən “Katex” postunda qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Anar Xəlilov xidmətdə olarkən Balakən rayonu istiqamətində hərəkət edən, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Vüsal Elman oğlu Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı, 90 HO 877 dövlət nömrə nişanlı avtomobili yol hərəkəti qaydalarını pozduğu üçün saxlayıb. Buna etiraz edən sürücü ilə yol polisi əməkdaşı arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və V. Əhmədov A. Xəlilova xəsarət yetirib. Nəticədə polis əməkdaşı A. Xəlilov boğaz nahiyəsindən kəsilmiş xəsarətlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən V. Əhmədovun idarə etdiyi avtomobildə olan sərnişin, 1995-ci il təvəllüdlü Oqtay Kamal oğlu Qarayevdən narkotik götürülüb və hər iki şəxs saxlanılıb.
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, polis əməkdaşına xəsarət yetirilməsi faktı ilə bağlı Zaqatala Rayon Prokurorluğunda, sərnişindən narkotik götürülməsi faktı ilə bağlı isə Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR