Şəki ŞRPŞ-nin DYPB-nin rəisinin qardaşı yol qəzasında dünyasını dəyişib
Regional TV (Region TV) xəbər verir ki, bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 142-ci km-liyində, magistralın Qubanın Günəşli kəndi ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə, 1957-ci il təvəllüdlü Nəsirov Əliyulla Nəsir oğlunun idarə etdiyi “VAZ 21 07” markalı avtomaşınla “TIR” yük maşını toqquşub. Qəza nəticəsində “VAZ 2107”nin sərnişini Rəhmanov Muradəli Seyfəddin oğlu dünyasını dəyişib, sürücü Ə.Nəsirov isə xəsarətlərlə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hadisədə dünyasını dəyişən şəxs Şəki Şəhər-Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsinin rəisi Nəsrəddin Rəhmanovun qardaşıdır.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR