Ötən günlərdə bir çox xarici mediada haqqında xəbərlər çıxan "Qarabağ” futbol klubunun oyunçusu Mahir Emreli bu dəfə məşhur model Edita Zayaçın maraq dairəsindədir.
Axşam.az-ın məlumatına görə, 31 yaşlı polşalı model İnstaqramda Mahiri izləyir. Emreli də ona qarşılıq verərək, Editanı "follow” edir.
Editanın Mahirə marağı isə əbəs yerə deyil.

Belə ki, 2001-ci ildən modelliklə məşğul olan Zayaç dünyanın bir çox brendləri ilə çalışıb. Bunun sayəsində məşhurlaşan model 2012-ci ildə polşalı futbolçu Yakub Jezniçakla tanış olub. Onlar 2016-cı ildə evləniblər. Lakin cütlüyün evlilik münasibəti uzun çəkməyib. Edita və Yakub bir neçə ay öncə boşanıblar. Jezniçak ayrılandan sonra Polşada "Candy Girl” kimi tanınan Barbara Hetmanska ilə sevgilidir.
Hazırda "Wisla Plock” klubunda oynayan Yakub 2017-2019-cu illərdə "Qarabağ”ın heyətində performans göstərib.

Maraqlı məqam odur ki, Edita və Yakub boşansa da, model hələ də İnstaqramda Jezniçak soyadını daşıyır.
Subay modelin Mahir Emreliyə maraq göstərməsi isə diqqətdən yayınmır. O, 22 yaşlı futbolçumuzun fotolarını "like”sız qoymur. Həmçinin, millimizin oyunçusu da onun seksual pozlarına biganə yanaşmır.



Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR