Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinat

Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinat

Prezident İlham Əliyev Rafil İsrafil oğlu Hüseynovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Miq.az xəbər verir ki, dövlət başçısı Rafil Hüseynovun Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə sərəncam imzalayıb.

Prezident başqa bir sərəncamla Şahin Kərim oğlu Məmmədovu Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Başqa bir sərəncamla Şahin Məmmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az