Prezident Musa Yaquba ev verdi

Prezident Musa Yaquba ev verdi

Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib. 

Miq.Az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya şairin özü məlumat  verib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və 3 otaqlıdır.

Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib: 

"Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az