Gürcüstan Prezidentin müşaviri tələbələrlə görüşüb
Gürcüstan Prezidentinin milli azlıqların məsələləri üzrə müşaviri Sofiya Şamanidi və beynəlxalq münasibətlər üzrə müşaviri İvane Maçavariani ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Vətəninfo.az xəbər verir ki, onlar gənclərə Avropaya inteqrasiya prosesləri, Gürcüstanın Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalaması, ölkənin bundan əldə edəcəyi fayda və başqa məsələlər barədə ətraflı məlumat veriblər.
Müşavirlər bununla əlaqədar ölkənin milli azlıqların məskunlaşdığı bölgələrində geniş təbliğat işləri aparılmasının vacibliyini qeyd edib və gənclərin buna cəlb olunmasının əhəmiyyətini vurğulayıblar.
İyunun sonunda Prezident Administrasiyasının nümayəndələri azərbaycanlı tələbələrlə birlikdə soydaşlarımızın yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinə gedib sakinlərə ana dillərində bu məsələyə həsr olunmuş bukletlər paylayacaqlar.
Tələbələr görüşdən razı qaldıqlarını bildirib, bunun davam etdirilməsini arzulayıblar.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR