"Standart Kapital” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Vətəninfo.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, araşdırmalar zamanı cəmiyyətin qiymətli kağızlar üzrə baş mütəxəssisi Məzahim Məmmədovun qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özünü xarici ölkələrdə geniş fəaliyyət göstərən “Minvest” şirkətinin sahibi, Avropa və Amerikada qiymətli kağız birjaları ilə yaxın əlaqəsi olan mütəxəssis kimi təqdim edərək Bakı şəhər sakininə yüksək faizlə gəlir əldə etməyi vəd verməklə 2013-cü ildə aldadıb 60 min manat məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR