SSRİ Xalq Artisti Alla Puqaçova aprelin 15-də yubileyini qeyd edir: onun 65 yaşı tamam olur.
Rusiya estradasının primadonnası dəfələrlə bildirib ki, onun bioqrafiyası artıq çoxdan hamıya məlumdur. Odur ki, heç vaxt yaşını gizlətməyib.
Alla Puqaçova Moskvada, Krestyanskaya zastava yaxınlığında anadan olub. Buna görə də onu “Krestyanskadan olan xanım” adlandırıblar. O, Moskvada orta məktəbdə, daha sonra İppolitov-İvanov adına musiqi məktəbində təhsil alıb.
A.Puqaçova ilk dəfə professional səhnəyə 16 yaşında “Robot” mahnısı ilə çıxıb. On il sonra Bolqarıstanda “Qızıl Orfey” festivalında “Arlekino” mahnısını ifa edib. Bundan sonra Sovet İttifaqının “bir nömrəli müğənnisinə” çevrilib.
Alla Puqaçova tirajı 250 milyon nüsxəni ötüb keçən 100-dən çox solo albom buraxıb. Onun konsertləri həmişə anşlaqla keçib.
Müğənnini haqlı olaraq milyonların sevimlisi, canlı əfsanə və hətta epoxa adlandırırlar. Alla Borisovna düz beş il əvvəl - 60 illik yubileyinin qeyd edildiyi gün səhnədən gedəcəyini elan etmiş və sözünün üstündə durub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR