Ukraynanın Donetsk vilayətinin Debaltseva rayonunda "Cövhər Dudayev adına batalyon"un komandiri, Rusiya prezidenti Vladimir Putinin şəxsi düşməni İsa Munayev həlak olub.
Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı və "Donbas" batalyonunun komandiri Semen Semençenko “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Munayev öz həyatı bahasına Debaltsevanın mühasirəyə düşməsinə imkan verməyib. Semençenko qeyd edib ki, Debaltsevada növbəti “cəhənnəm” yetişirdi - terrorçular və Rusiya Federasiyasının qoşunları Çernuxino ərazisində rota dayaq məntəqələrinin xəttini yarmağa çalışırdılar.
İsa Munaevin həlak olmasının dəqiq şəraiti hələlik məlum deyil. Onun həlak olması barədə informasiyanı Ukraynanın xalq deputatı Boris Filatov da təsdiqləyib.
Çeçen müharibəsi zamanı isə Rusiyanın hərbi qüvvələrinə qarşı vuruşan İsa Munayev separatçılara və Rusiya qoşunlarına qarşı Donbasda keçirilən əməliyyatlarda fəal iştirak edirdi.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR